Dövlət Bankı Azər Türk Bank Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) qlobal ödənişlərdə yeni standart olan SWIFT GPI servisinə qoşulmuşdur.
Bu xidmət vasitəsilə Bank SWIFT sistemi üzərindən icra edilmiş köçürmələr üzrə ətraflı məlumatların öyrənilməsi, o cümlədən köçürmə zamanı mərhələlərin izlənməsi, köçürmənin statusu, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt, həmçinin bu prosesin sürətləndirilməsi, xidmət haqqı barədə bilgiləri tam şəffaflıqla əldə etmək imkanına malik olur. Bu da operativliyin artırılmasını və ödənişlərin tam təhlükəsizliyini təmin edir.
GPI servis Bankın korporativ müştərilərinin istifadəsində olan “atb Business” internet bankçılıq moduluna tətbiq edilmişdir ki, bu da sahibkarlara yeni xidmətin üstünlüklərindən faydalanmaq imkanı verəcəkdir.
Xidmətdən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, heç bir komissiya ödəmədən həm biznes, həm də əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəriləri sırasına qatıla bilərlər.