Dövlət bankı Azər Türk Bank sahibkar müştərilərinin rahatlığı üçün yeni onlayn xidmətlərin tətbiqini davam etdirir.
Belə ki, artıq fərdi sahibkarlar Bankın saytına daxil olub, sərbəst şəkildə, heç bir ödəniş etmədən kiçik və orta biznes üçün onlayn qaydada hesab aça biləcəklər.
Qeyd edək ki, Azər Türk Bankda hesab açan hər bir sahibkar şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları Bank tərəfindən hədiyyə olaraq əldə edir.
Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan “Sahibkar” kartını Azər Türk Bank öz müştərilərinə ödənişsiz verir.
Hesabların komissiyasız idarə edilməsi, eləcə də idarəetmə üçün fərdi menecerlərin təyin edilməsi də Bank tərəfindən müştərilərinə göstərilən diqqətdir.
Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə İlkin vergi konsultasiyası, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təklif edir.
Neçə vaxtdır ki, Bank yeni atb Pos tətbiqini də müştərilərinin ixtiyarına vermişdir.
Bu tətbiq, ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə, ödənişlərin telefonla qəbuluna imkan yaradır.
Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar “atb Business” korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, xüsusi, güzəştli tariflərdən yararlana bilirlər