Dövlət bankı Azər Türk Bank müştərilərinə xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə hüquqi şəxs və fərdi sahibkarların bank hesabı açması prosesini tam olaraq sadələşdirib.
Artıq biznes nümayəndələri Bankın saytına daxil olub, heç bir kənar tətbiq və ya həllərdən istifadə etmədən, onlayn qaydada rahatlıqla hesab aça biləcəklər. Qeyd edək ki, hesabın açılması müqabilində heç bir ödəniş nəzərdə tutulmamışdır.
Azər Türk Bankda hesab açmaqla hər bir sahibkar və ya şirkət əməkhaqqı və biznes kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə imzalanmasını asanlıqla həyata keçirə bilir. Bunun üçün müştərillərin “atb business” internet bankçılıq xidmətinə qoşulması kifayətdir. Həmçinin bu xidmətə qoşulmaqla müştərilər güzəştli tariflərdən və bütün bank xidmətlərindən məsafəli şəkildə yararlanma imkanı əldə etmiş olur.
Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə İlkin vergi konsultasiyası, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təklif edir.
Neçə vaxtdır ki, Bank yeni atb POS tətbiqini də müştərilərinin ixtiyarına vermişdir. Bu tətbiq, ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə, ödənişlərin telefonla qəbuluna imkan yaradır.