Uncategorized

Filiallarımız qeyri-iş günündə fəaliyyət göstərəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar elan olunmuş qeyri-iş günü olan 11.05.2026-cı il tarixində müştəri müraciətlərinin operativ cavablandırılması, kredit sifarişlərinin emalı və debet kartlarının rəsmiləşdirilməsi prosesinin təmin edilməsi məqsədilə Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən Rəqəmsal filialları, həmçinin Gəncə və Şirvan filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcəkdir.

08.05.2026

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

22 iyun 2026-cı il tarixində saat 12:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi yığıncaq Bankın inzibati binası yerləşən Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında keçiriləcəkdir.

08.05.2026

Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb

Dövlət bankı Azər Türk Bank 2026-cı ilin I rübündə əsas maliyyə göstəriciləri üzrə artımı davam etdirərək, maliyyə dayanıqlığını möhkəmləndirib, rəqəmsal xidmətlərini genişləndirib və müştəri bazasını artırıb. Maliyyə göstəriciləri: artım dinamikası davam edir 01 aprel 2026-cı il tarixinə Bankın aktivləri 2,2 milyard manata çatıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 1,9 milyard manat təşkil […]

15.04.2026

Azər Türk Bank EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı

Dövlət bankı Azər Türk Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov imzalayıblar. Əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi […]

14.04.2026

Azər Türk Bank mükafatlara layiq görüldü

Azərbaycan Banklar Assosiasiyası 2025-ci il ərzində ölkə bankları tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək ən fəal maliyyə-kredit təşkilatlarını mükafatlarla təltif edib. Dövlət bankı Azər Türk Bank (ATB) ötən il ərzində bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi fəaliyyətinə görə “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə mükafata layiq görülüb. Bu istiqamətdə Bank əhəmiyyətli tədbirlər görmüş, layihələr gerçəkləşdirmiş, […]

02.04.2026

Filiallarımız qeyri-iş günlərində fəaliyyət göstərəcək

Hörmətli müştərilər, Diqqətinizə çatdırırıq ki, bayramlarla əlaqədar elan olunmuş qeyri-iş günlərində müştəri müraciətlərinin operativ cavablandırılması, kredit sifarişlərinin emalı və debet kartlarının satış prosesinin həyata keçirilməsi məqsədilə Azər Türk Bankın Naxçıvan, Gəncə, Şirvan filialları, Sumqayıt KOB ofisi və Rəqəmsal filialı, eləcə də Rəqəmsal, Rəqəmsal 6, Rəqəmsal 8, Rəqəmsal 9, Rəqəmsal X filialları 27, 28, 30 mart […]

19.03.2026

“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə təyinat

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Fərid Quliyev “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı vəzifəsinə təyin edilib. Fərid Quliyev korporativ maliyyələşmə, korporativ bankçılıq və strategiya sahələrində 25ili əhatə edən zəngin təcrübəyə malikdir. O, 2002-ci ildə Azərbaycan Mikromaliyyələşmə Bankında peşəkar fəaliyyətə başlayıb. Daha sonra “Credit Europe Bank” […]

12.03.2026