Biz inanınırıq ki, hər bir insanda istedad var
Əgər Siz öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, biz Sizi komandamızda görməkdən məmnun olarıq
Aşağıda göstərilən ərizə formasını doldurmaqla özünüzü komandamızda sınayın
Mövcud vakansiyalar
İnformasiya Texnologiyaları Departamenti / Baş şəbəkə inzibatçısı
İnformasiya Texnologiyaları Departamenti / İnformasiya Sistemlərinin idarə olunması şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri
- Bankın Baş ofis və filiallarında informasiya mübadiləsinin təkmilləşdirilməsi məqsədilə lokal və qlobal şəbəkələr yaratmaq
- Lokal və Qlobal şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılmasını həyata keçirmək
- Banka xidmət göstərən kənar şirkətlərin VPN vasitəsilə şəbəkə xidmətini təmin edib onlara nəzarət etmək
- Lokal və Qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
- Şəbəkədə yeni modifikasiya və müvafiq avadanlıqların yeni versiyalarını tətbiq etmək
- Bankın struktur planına uyğun monitorinq və nəzarət proqramlarının quraşdırılmasını təmin etmək
- Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
Namizədə olan tələblər
- Ali təhsil
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- CCNA, CCNP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır)
- Cisco, Palo Alto, Chek Point şəbəkə avadanlıqları ilə iş təcrübəsi
- Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı
- Qısa müddət ərzində problemi aşkarlamaq və aradan qaldırmaq qabiliyyəti
- İri miqyaslı infrastruktur dəyişikliklərində iş təcrübəsi
CV-nizi vakansiyanın adını qeyd etməklə cv@atb.az ünvanına göndərərək komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz
Onlayn müraciət
Rəqəmsal Transformasiya Mərkəzi / Aparıcı Proqramçı (Backend developer)
Rəqəmsal Transformasiya Mərkəzi / Proqramlaşdırma şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri
- Yeni proqram təminatları üçün REST servislərin yazılması
- Tələbləri tam müəyyən edərək təkliflərin verilməsi
- Yeni proqramın keyfiyyət standartlarına cavab verməsini təmin etmək
Namizədə olan tələblər
- Ali təhsil
- Sahə üzrə 1-2 il iş təcrübəsi
- Bank sahəsində iş təcrübəsi arzuolunandır
- Səlis Azərbaycan dili, İngilis və Rus dili biliyi arzuolunandır
- Komandada işləmək bacarığı, məsuliyyətlilik
- Analitik düşünmə qabiliyyəti
- Java 8 SE
- Java EE / Spring Framework üzrə biliklər və təcrübə
- ORACLE verilənlər bazası ilə işləmə bacarığı
- SQL və PL/SQL üzrə işləmə bacarığı
- REST API, GIT ilə işləmə bacarığı
- Səliqəli və anlaşılan kod yazmaq bacarığı
CV-nizi vakansiyanın adını qeyd etməklə cv@atb.az ünvanına göndərərək komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz
Onlayn müraciət
Rəqəmsal Transformasiya Mərkəzi / Proqramçı
Rəqəmsal Transformasiya Mərkəzi / Data Science komandası (Baş ofis)
Vəzifə öhdəlikləri:
- Bank əməliyyat sisteminin dəstəklənməsi
- Hesabatların yazılması
- Bank Əməliyyat Sistemində yeni funksionallıqların biznes tapşırığa uyğun yazılması
Namizədə dair tələblər:
- Ali təhsil
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
- Bank sahəsində iş təcrübəsi arzu olunandır
- SQL, PL/SQL üzrə proqramlaşdırma dillərini yaxşı bilmək
- SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı)
- MS Excel bacarıqlarının yüksək səviyyədə olması arzu olunandır
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Yeni texnologiyaları öyrənmə həvəsi
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
CV-nizi vakansiyanın adını qeyd etməklə cv@atb.az ünvanına göndərərək komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz
Onlayn müraciət
Mükafatlandırma siyasəti
Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biri olmaqla aşağıdakı prinsiplərə əsaslanır
– əmək bazarında bankın rəqabət qabiliyyətinin yüksəldilməsi
– risk yönümlü biznes fəaliyyəti üçün bankın uyğunluğunun təmin olunması
– əməkdaşların effektivliyinin yüksəldilməsi
– əməkdaşların entuziazmının yüksəldilməsi
– personalın və riskləri idarəetmə sisteminin təkmilləşdirilməsi
Mükafatlandırma paketinin qiymətləndirilməsində obyektivliyin yüksəldilməsi, həm bank daxilində, həm də xaricində şəffaf münasibətlərin təmin olunması üçün bank əməkdaşlarına, eləcə də digər maraqlı tərəflərə mükafatlandırma siyasətinin əsas prinsipləri barədə məlumat verir və rəqabət üstünlüklərini təşviq edir