Hesabdakı vəsaitinizi bankın nümayəndəsinin iştirakı olmadan ADM terminalı vasitəsilə məxaric edin
Tez və təhlükəsiz
Hub.atb.az ünvanına, daha sonra isə “Terminaldan məxaric” bölməsində VÖEN-i qeyd edərək ASAN imza vasitəsilə şəxsi kabinetə daxil olun.
Şəxsi kabinetinizdə “Hesablar” bölməsindən müvafiq hesabınızı seçərək məlumatları daxil edin və ASAN imza ilə təsdiqləyərək sorğu yaradın.
SMS vasitəsilə sorğu nömrəsi və OTP kodları əldə edəcəksiniz.
Terminalda “Hesabdan məxaric” bəndini seçərək sorğu nömrəsi və OTP kodları daxil edin. Məlumatları yoxlayıb vəsaitinizi məxaric edin.
Sorğu yaradıldıqdan sonra 2 saat ərzində məxaric etmək mümkündür.