Bizə qoşulun:
RU
Əsas səhifəİpotekaGüzəştli ipoteka krediti
* Güzəştli ipoteka kreditləri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilir.
Güzəştli ipoteka krediti

Sərfəli şərtlərlə mənzil sahibi ol!

Kreditin üstünlükləri
  • 100,000 AZN-dək
  • İllik faiz dərəcəsi: 4%
  • 30 ilədək
Kredit haqqında
Tələblər
Kimlər əldə edə bilər?
Müraciət et
Sual-cavab
4%-lə 30 ilədək!

Güzəştli ipoteka krediti:

  • Maksimum məbləğ: 100,000 AZN
  • Maksimum illik faiz dərəcəsi: 4%
  • Maksimum müddət: 30 il
  • İlkin ödəniş: 30%
  • Yaşayış minimumu: 170 AZN

Güzəştli ipoteka üzrə şərtlər

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilən ipoteka kreditləri üzrə tələblər:

  • Kredit Azərbaycan manatı ilə verilir
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına (Rezidentlərə) verilir
  • İpoteka predmeti olaraq yalnız yaşayış sahəsi olan daşınmaz əmlak çıxış edə bilər
  • Kreditin məbləği Güzəştli ipoteka kreditləri üzrə kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 70%-dək verilir
  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (birgə borcalanın) aylıq məcmu gəlirinin maksimum 70%-dək götürülür
  • Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc (yaşayış minimum) 180 AZN götürülür
  • Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddinədək götürülür
  • İpoteka ilə yüklü edilən daşınmaz əmlak Fond tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə səğortalanır
  • Borcalanın (Birgə borcalanın) həyat sığortası bankın əməkdaşlıq etdiyi və Fond tərəfindən təsdiq olunmuş siyahıya daxil olan sığorta şirkətləri tərəfindən sığortalanır və sığorta onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılır, birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamaqla hesablanır
  • Həmçinin Fond tərəfindən müəyyən olunan digər tələblər

Siz mənzili seçin, digər işləri mütəxəssislərimiz görər!

Güzəştli ipoteka kreditlərini aşağıda qeyd olunan şəxslər istifadə edə bilər:

1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

    • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)
    • Milli Qəhrəman (özü, əri/arvadı, övladları)
    • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
    • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
    • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs
    • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
    • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)

2. Elmlər doktoru elmi dərəcəsi olan şəxs

3. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs

4. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)

5. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs

6. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyul tarixli 1560 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların əməkdaşları)


Məlumatlarımın Asan Finansdan əldə edilməsi və Azərbaycan Kredit Bürosu Kredit Reyestrində sorğu edilməsinə razıyam
“Müraciət et” düyməsini basaraq Müraciət qaydaları ilə razılaşmış olursunuz.
*Bütün bəndlərin doldurulması mütləqdir
Tez-tez verilən suallar
mülkiyyətində yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?
ipoteka kreditini əldə etmək üçün necə müraciət etmək lazımdır?
ipoteka krediti ilə hansı yaşayış sahəsini almaq olar?
İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.