mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biri olmaqla aşağıdakı prinsiplərə əsaslanır
- əmək bazarında bankın rəqabət qabiliyyətinin yüksəldilməsi
- risk yönümlü biznes fəaliyyəti üçün bankın uyğunluğunun təmin olunması
- əməkdaşların effektivliyinin yüksəldilməsi
- əməkdaşların entuziazmının yüksəldilməsi
- personalın və riskləri idarəetmə sisteminin təkmilləşdirilməsi
mükafatlandırma paketinin qiymətləndirilməsində obyektivliyin yüksəldilməsi, həm bank daxilində, həm də xaricində şəffaf münasibətlərin təmin olunması üçün bank əməkdaşlarına, eləcə də digər maraqlı tərəflərə mükafatlandırma siyasətinin əsas prinsipləri barədə məlumat verir və rəqabət üstünlüklərini təşviq edir