bankımızın xəbərləri

bankımızın xəbərləri

30 may tarixindən xidmətinizdəyik

Hörmətli müştərilər! Diqqətinizə çatdırırıq ki, 2023-cü il 27 may şənbə günü Bankımızın filialları saat 10.00-dan 14.00-a kimi müştərilərə xidmət göstərəcəkdir. 28 may Müstəqillik Gününün həftələrarası istirahət günü ilə üst-üstə düşməsi nəzərə alınaraq, 29 may qeyri-iş günü elan olunduğu üçün bu tarixdə Bank işləməyəcəkdir. Mayın 30-dan etibarən fəaliyyətimizi davam etdirəcəyik. Müstəqilliyimiz əbədi olsun!

26.07.2023

Azər Türk Bankdan sahibkarlar üçün «Faktorinq» kredit xətti

Dövlət bankı Azər Türk Bank əlverişli şərtlərlə «Faktorinq» kredit xətti məhsulunu təklif etməkdədir. Bu məhsulun neçə müddətdən bəri tətbiqi korporativ müştərilərin öz dövriyyə vəsaitlərindən daha rasional istifadəsi, biznesin inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədi daşıyır. Belə ki, ticarət əməliyyatları zamanı satıcı məhsulun, göstərdiyi xidmətin dəyərini dərhal əldə etmək, alıcı isə ödənişi bir müddət sonra […]

26.07.2023

Dələduzlardan ehtiyatlı olun

Məlumat üçün bildiririk ki, naməlum şəxslər tərəfindən dələduzluq məqsədilə sosial şəbəkələrdə Azər Türk Bankın adından uydurma iş təklifi elanları yerləşdirilir. Vətəndaşların diqqətinə çatdırırıq ki, bu elanların əlbəttə ki,  Bankımıza heç bir aidiyyəti yoxdur. Bizim vakansiyalarımız haqqında məlumatlar bir qayda olaraq Azər Türk Bankın internet səhifəsində, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrində yerləşdirilir.

26.07.2023

Azər Türk Bankdan 7% cashback kampaniyası

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində ödənişlər üzrə yeni kampaniyaya başlayır. Belə ki, 15 may tarixindən etibarən: ATB Card debit və yeni nəsil əməkhaqqı kartları ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 7% həcmində cashback hesablanacaqdır. Kampaniyanın müddəti 4 iyun […]

26.07.2023

VISA International Azər Türk Bankı qalib elan etdi

Bu günlərdə Azər Türk Bank VISA International şirkəti tərəfindən ödəniş kartları üzrə “Ümumi həcmdə ən yüksək artım” və “Ticarət həcminin ən yüksək artımı” nominasiyaları üzrə qalib elan olunub.

26.07.2023

Azər Türk Bank 0% komissiya kampaniyasının müddətini uzatdı

Dövlət bankı Azər Türk Bank, müştərilərin istəyini nəzərə alaraq, illik faiz dərəcəsi 12,5%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanı davam etdirir. Qeyd edək ki, kampaniya zamanı, müddətindən asılı olmayaraq, götürülən istehlak kreditləri üzrə komissiya – 0%. 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Bank fiziki şəxslərə, onların orta aylıq xalis […]

26.07.2023

Kart sahiblərinin nəzərinə

Azər Türk Bank kart sahibi olan müştərilərinin nəzərinə çatdırır ki, cari ilin 01 aprel tarixindən etibarən alış-veriş zamanı müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsində müəyyən edilmişdir.Xatırladırıq ki, cashback ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.

26.07.2023

Azər Türk Bankdan sahibkarlara güzəşt müddətli kredit xətti

Dövlət bankı Azər Türk Bankın davam etdirdiyi “Sahibkar” kredit kartı layihəsi biznes nümayəndələrinin Bank tərəfindən təqdim olunan məhsul və xidmətlərdən faydalanmasını, eləcə də maliyyəşməyə çıxışını daha da asanlaşdırmışdır. Bank “Sahibkar” kredit kartı vasitəsilə, sahibkarlara güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xətti təklif edir. Belə ki, 40 günədək güzəşt müddəti olan bu kredit […]

26.07.2023

atb360 mobil əlavəsinə yeni funksiyalar artırıldı

Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir.Belə ki, müştərilərin ixtiyarında olan güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır: • Cari hesablar üzrə əməliyyatların lenti;• Bildiriş xidmətini aktiv və deaktiv etmək imkanı;• Balansın gizlədilməsinin yeni üsulu;• Cüzdanda cari hesabları göstərməmək imkanı. Eləcə də, 01 may 2023-cü il tarixdən […]

26.07.2023

21 aprel tarixində xidmətinizdəyik

Hörmətli müştərilər! Diqqətinizə çatdırırıq ki, bayram günü olan 21 aprel tarixində Bankımızın yalnız Bakı şəhərində yerləşən filialları müştərilərə xidmət göstərəcəkdir. Həmin gün iş rejimi saat 10:00-dan 14:00-a kimidir. Bu tarixdən sonra Bank Ramazan bayramı ilə əlaqədar işləməyəcəkdir. Aprelin 25-dən etibarən fəaliyyətimizi davam etdirəcəyik. Xatırladırıq ki, bayram münasibətilə hədiyyə olaraq, Google Pay və Apple Pay təmassız […]

26.07.2023