“SMS bildiriş” xidməti kart hesabı üzrə aparılan əməliyyatlar haqqında məlumatların əldə olunması üçün rahat və etibarlı vasitədir
Xidmətin üstünlükləri
- Real vaxt rejimində informasiyanın göndərilməsi
- Vaxt və yer fərqi olmadan xidmət
- İstənilən mobil nömrədən xidmətə qoşulmaq imkanı
Xidmətə qoşularaq nə əldə edirəm?
- Kart hesabı üzrə aparılan mədaxil və məxaric əməliyyatları barədə məlumat
- Ödəniş kartının cari balansı haqqında məlumat
- Hər hansı səbəbdən kartın statusunun dəyişdirilməsi haqqında məlumat
- Ödəniş kartının istifadə müddətinin bitməsinə 1 ay qalmış xəbərdarlıq
- Təhlükəsizliyi təmin edilmiş saytlar vasitəsilə onlayn ödənişlər zamanı “OTP” kodlar
- “PİN kodun dəyişdirilməsi” xidmətindən istifadə zamanı bildiriş
- Uğursuz əməliyyatlar haqqında məlumatlandırma
Qoşulmaq üçün:
- Saytdan və ya filial/şöbəyə yaxınlaşaraq xüsusi kart sifariş formasını doldurduğunuz zaman mobil nömrə qeyd edilərsə, xidmət dərhal aktivləşdirilir
- 24/7 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edərək kartın üzərində əks olunmuş 16 rəqəmli nömrəni və məxfi sözü bildirin
- Banka məxsus bankomatlar vasitəsilə:
-
- Kartı bankomata daxil edin
- Xidmət olunacaq dili seçin
- “PİN” kodu daxil edin
- Ekranda əks olunmuş “SMS Bildiriş” menyusundan “SMS XİDMƏTİNƏ QOŞULMAQ” bəndini seçin
- Xidməti aktiv etmək istədiyiniz mobil nömrəni ardıcıl iki dəfə daxil edin
- Nömrəyə göndəriləcək sms mətninin dilini seçərək təsdiq edin
- Bankomat tərəfindən əməliyyatın uğurla tamamlandığını təsdiq edən çek təqdim edilərək mobil nömrənizə sms mətni göndəriləcəkdir
Xidmətin aktiv olduğu nömrəni dəyişmək üçün:
- 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edin
- Filial/şöbəyə müraciət edin
- Banka məxsus bankomatlar vasitəsilə:
-
- Kartı bankomata daxil edin
- Xidmət olunacaq dili seçin
- “PİN” kodu daxil edin
- Ekranda əks olunmuş “SMS Bildiriş” menyusundan “SMS XİDMƏTİ ÜÇÜN TELEFON NÖMRƏSİNİ DƏYİŞMƏK” bəndini seçin
- Yeni telefon nömrəsini ardıcıl iki dəfə daxil edərək, təsdiq edin
- Mobil nömrənin dəyişdirilməsi haqqında bankomat tərəfindən çek təqdim edilərək mobil nömrənizə məlumat göndəriləcəkdir
Xidməti ləğv etmək üçün:
- 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edin
- Filial/şöbəyə müraciət edin
- Banka məxsus bankomatlar vasitəsilə:
-
- Kartı bankomata daxil edin
- Xidmət olunacaq dili seçin
- “PİN” kodu daxil edin
- Ekranda əks olunmuş “SMS Bildiriş” menyusundan “SMS XİDMƏTİNİ LƏĞV ETMƏK” bəndini seçin
- Xidmətin deaktiv edilməsi haqqında bankomat tərəfindən çek təqdim edilərək mobil nömrənizə məlumat göndəriləcəkdir
“SMS bildiriş” mətninin dilini bankın istənilən filialına, 945 nömrəsi və ya WhatsApp-a müraciət etməklə dəyişə bilərsiniz