daxili komitələr
audit komitəsi
daxili audit yoxlamalarının nəticələrini, təklif və tövsiyyələrini Müşahidə Şurası və İdarə Heyəti ilə birgə müzakirə etmək
kənar auditorla birgə işin təşkili ilə əlaqədar bankın fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin etmək
bankın inzibati, əməliyyat, uçot siyasəti və prosedurları üçün müvafiq daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər vermək
daxili audit departamentinin rəhbərinin vəzifəyə təyin olunması, işdən azad olunması və ya dəyişdirilməsi barədə Müşahidə Şurasına təkliflər vermək
Səmdarların Ümumi Yığıncağı müəyyən etdiyi müddətdə yığıncağa aşağıdakı məlumat və hesabatları təqdim etmək:
- bankda qanunvericiliyə riayət olunması barədə hesabat
- audit fəaliyyəti barədə hesabat
- bankda risklərin idarə edilməsi və nəzarət sistemlərinin vəziyyəti barədə hesabat
- komitənin vəzifələrinə aid olan digər məsələlər üzrə hesabat
riskləri idarəetmə komitəsi
bankın risklərin idarə edilməsi qaydaları, risk siyasətini hazırlamaq
risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək
bankın fəaliyyətinin Müşahidə Şurası tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilməsinə nəzarət etmək
mütəmadi olaraq aşağıdakı məsələləri nəzərdən keçirmək
bank üzrə ümumi fəaliyyət strategiyasını:
- bankın risk dözümlülüyünü və müxtəlif risk limitlərini
- kreditləşmə limitlərini
- əməliyyat risklərini
- risk siyasətini
- stress testləri