Uncategorized

Bankın iş rejimi

Hörmətli müştərilər, AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2026-cı il 7-10 noyabr tarixləri arası ölkə ərazisində qeyri-iş günləri elan edilmişdir. Bununla əlaqədar bildiririk ki, hər şənbə günləri olduğu kimi Bankımız 7 noyabr tarixində saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəkdir. 11 noyabr tarixindən fəaliyyətimizi davam etdirəcəyik. Bayramlarınızı təbrik edir, ailənizə firavanlıq arzulayırıq.

06.11.2026

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir. Xalqımız bu döyüşlərdə qəhrəmanlıqla həlak olan oğullarımızın ruhu qarşısında baş əyir və daim onların xatirələrini ehtiramla yad edir. Bu günlərdə dövlət bankı Azər-Türk Bankın Müşahidə Şurası Bankın filialına Vətən müharibəsində […]

06.11.2026

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, yüklənməni sürətləndirən optimallaşdırma əlavələri və yeni funksiyaları ilə atb360 istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır. Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir. Ailə […]

30.10.2026

ATB-nin dəstəyi ilə uşaqlar Qarabağı ziyarət etdilər

ATB “Əlil Körpələrə Yardım” İctimai Birliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri üçün Qarabağa ekskursiya təşkil etdi. Səfər çərçivəsində iştirakçılar Xankəndi, Şuşa və Ağdam şəhərlərində olublar, tarixi və mədəni məkanları ziyarət ediblər. İki günlük proqram müddətində uşaqlar üçün müxtəlif gəzinti və istirahət imkanları yaradılmış, onların xoş və yaddaqalan vaxt keçirmələri təmin edilmişdir. […]

27.10.2026

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Dövlət bankı Azər-Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb. Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və […]

22.10.2026

Azər Türk Bank biznes subyektlərinə sürətli və girovsuz bank qarantiyaları təklif edir

Müştərilərin rahatlığını hər zaman ön planda tutan dövlət bankı Azər Türk Bank, sahibkarlar və korporativ müştərilər üçün bank qarantiyalarının verilməsi prosesini maksimum dərəcədə sadələşdirib. Bank biznes tərəfdaşlarına ölkədaxili Tender, İcra, Avans və Keyfiyyət qarantiyalarını daha qısa müddətdə, çevik və sərfəli şərtlərlə təklif edir. İndi biznes sahibləri maliyyə və zaman itkisi olmadan, sadələşdirilmiş qiymətləndirmə sistemi sayəsində […]

12.10.2026

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş “SIBOS 2026” sərgi-konfransında iştirak edib. “Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə” builki tədbirin əsas mövzusu olub. Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional […]

08.10.2026

Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman – Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman – Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv platinum tərəfdaş qismində iştirak edir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər. Konfrans “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, […]

06.10.2026

Xəzər sahilində bir araya gəldik

Ümumdünya Təmizlik Günü çərçivəsində ATB-nin təşəbbüsü ilə Bankın əməkdaşları və ASAN könüllüləri Xəzər dənizinin sahilində təmizlik aksiyasını həyata keçirib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. ATB-nin ESG layihəsi çərçivəsində həyata keçirilən təşəbbüs ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqinə və ekoloji dəyərlərin dəstəklənməsinə töhfə verir.

24.09.2026

“atb talent” təcrübə proqramı uğurla başa çatdı

Dövlət bankı Azər Türk Bank cari ilin iyun-sentyabr ayları ərzində həyata keçirdiyi “atb talent” təlim-təcrübə proqramı başa çatmışdır. Proqram çərçivəsində təcrübəçilərin peşəkar və praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə ümumilikdə 13 təlim təşkil edilmişdir. Təcrübəçilər növbəli şəkildə Korporativ Bankçılıq, İnvestisiya Mərkəzi, Premium xidmətlər və Biznes Proseslərinin İdarə Edilməsi istiqamətlərinin hər birində iştirak etmiş, həmçinin təyin olunmuş […]

23.09.2026