bankımızın xəbərləri

bankımızın xəbərləri

Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

Dövlət bankı “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda (“IBF 2026”) iştirak edib. “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr edilən beynəlxalq tədbir regionun aparıcı maliyyə qurumlarını, tənzimləyici orqanların nümayəndələrini, yerli və xarici ekspertləri bir araya gətirib. Forum çərçivəsində maliyyə sektorundakı innovasiyalara həsr olunmuş sərgidə Azər Türk Bank öz stendi ilə […]

25.11.2026

Azər Türk Bank “atb friday” kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank noyabrın 23-dən etibarən “atb friday” kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 000 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddətə verilən istehlak kreditləri üzrə illik faiz dərəcəsi 9,9%, 3 illik kreditlər üzrə 12,9%-dən, 4 illik kreditlər üzrə isə 13,9%-dən başlayır. Kreditlər 59 ayadək müddətə […]

25.11.2026

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Res­publikası Qanununun 24.5-ci maddəsinə əsasən, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 23 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Bankın səhmdarları­nın növbədənkənar ümumi yığıncağının (bundan sonra – ümumi yığıncaq) tarixi dəyişmişdir. Ümumi yığıncaq 24 dekabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, […]

23.11.2026

Bankın iş rejimi

Hörmətli müştərilər, AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2026-cı il 7-10 noyabr tarixləri arası ölkə ərazisində qeyri-iş günləri elan edilmişdir. Bununla əlaqədar bildiririk ki, hər şənbə günləri olduğu kimi Bankımız 7 noyabr tarixində saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəkdir. 11 noyabr tarixindən fəaliyyətimizi davam etdirəcəyik. Bayramlarınızı təbrik edir, ailənizə firavanlıq arzulayırıq.

06.11.2026

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir. Xalqımız bu döyüşlərdə qəhrəmanlıqla həlak olan oğullarımızın ruhu qarşısında baş əyir və daim onların xatirələrini ehtiramla yad edir. Bu günlərdə dövlət bankı Azər-Türk Bankın Müşahidə Şurası Bankın filialına Vətən müharibəsində […]

06.11.2026

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, yüklənməni sürətləndirən optimallaşdırma əlavələri və yeni funksiyaları ilə atb360 istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır. Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir. Ailə […]

30.10.2026

ATB-nin dəstəyi ilə uşaqlar Qarabağı ziyarət etdilər

ATB “Əlil Körpələrə Yardım” İctimai Birliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri üçün Qarabağa ekskursiya təşkil etdi. Səfər çərçivəsində iştirakçılar Xankəndi, Şuşa və Ağdam şəhərlərində olublar, tarixi və mədəni məkanları ziyarət ediblər. İki günlük proqram müddətində uşaqlar üçün müxtəlif gəzinti və istirahət imkanları yaradılmış, onların xoş və yaddaqalan vaxt keçirmələri təmin edilmişdir. […]

27.10.2026

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Dövlət bankı Azər-Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb. Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və […]

22.10.2026

ATB-nin xalis mənfəəti 62% artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib. Xalis mənfəət 15,2 milyon manata çatıb 2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə […]

15.10.2026

Azər Türk Bank biznes subyektlərinə sürətli və girovsuz bank qarantiyaları təklif edir

Müştərilərin rahatlığını hər zaman ön planda tutan dövlət bankı Azər Türk Bank, sahibkarlar və korporativ müştərilər üçün bank qarantiyalarının verilməsi prosesini maksimum dərəcədə sadələşdirib. Bank biznes tərəfdaşlarına ölkədaxili Tender, İcra, Avans və Keyfiyyət qarantiyalarını daha qısa müddətdə, çevik və sərfəli şərtlərlə təklif edir. İndi biznes sahibləri maliyyə və zaman itkisi olmadan, sadələşdirilmiş qiymətləndirmə sistemi sayəsində […]

12.10.2026