Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş “SIBOS 2026” sərgi-konfransında iştirak edib. “Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə” builki tədbirin əsas mövzusu olub. Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional […]
08.10.2026
Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Dövlət bankı Azər Türk Bank Alman – Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman – Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv platinum tərəfdaş qismində iştirak edir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər. Konfrans “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, […]
06.10.2026
Xəzər sahilində bir araya gəldik
Ümumdünya Təmizlik Günü çərçivəsində ATB-nin təşəbbüsü ilə Bankın əməkdaşları və ASAN könüllüləri Xəzər dənizinin sahilində təmizlik aksiyasını həyata keçirib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. ATB-nin ESG layihəsi çərçivəsində həyata keçirilən təşəbbüs ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqinə və ekoloji dəyərlərin dəstəklənməsinə töhfə verir.
24.09.2026
“atb talent” təcrübə proqramı uğurla başa çatdı
Dövlət bankı Azər Türk Bank cari ilin iyun-sentyabr ayları ərzində həyata keçirdiyi “atb talent” təlim-təcrübə proqramı başa çatmışdır. Proqram çərçivəsində təcrübəçilərin peşəkar və praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə ümumilikdə 13 təlim təşkil edilmişdir. Təcrübəçilər növbəli şəkildə Korporativ Bankçılıq, İnvestisiya Mərkəzi, Premium xidmətlər və Biznes Proseslərinin İdarə Edilməsi istiqamətlərinin hər birində iştirak etmiş, həmçinin təyin olunmuş […]
23.09.2026
Azər Türk Bank və “YAŞAT” Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb
Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb. Azər Türk Bank tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb. Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları […]
18.08.2026
Kart əməliyyatları üzrə dəyişiklik barədə məlumat
Kart sahibi olan müştərilərimizin diqqətinə çatdırırıq ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir. Belə ki, Card to Card vasitəsilə bir gün ərzində maksimum 5 mədaxil əməliyyatı, aylıq ümumi məbləğ üzrə 20 000 AZN limit müəyyən edilib. […]
01.08.2026
“Azər – Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Bankın əməliyyat mənfəəti 30% artmışdır 2026-cı ilin ilk 6 ayı ərzində “Azər-Türk Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil etmişdir. Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlmiş, depozit portfeli isə 30% artaraq 1,5 milyard manata çatmışdır. […]
15.07.2026
“Azər-Türk Bank” ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümü qeyd olunur
1995-ci il 11 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə əsası qoyulan “Azər-Türk Bank” ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümüdür. Azərbaycanın müstəqillik tarixində yeni iqtisadi islahatların həyata keçirildiyi və ictimai-siyasi sabitliyin bərqərar olduğu bir dövrdə təsis edilən Azər Türk Bank ötən 31 il ərzində ölkənin bank-maliyyə sektorunun inkişafına mühüm töhfələr verərək etibarlı maliyyə institutlarından birinə çevrilib. […]
11.07.2026
Dələduzluq hallarına qarşı diqqətli olun
Hörmətli müştərilərimiz, Dələduzluq hallarının qarşısının alınması və ödəniş kartlarınızın təhlükəsizliyinin qorunması üçün aşağıdakı vacib məqamlara diqqət yetirməyinizi xahiş edirik. Heç bir halda kart məlumatlarınızı (kart nömrəsi, PIN kod, CVV/CVC kodu və SMS-lə göndərilən birdəfəlik OTP kodu) üçüncü şəxslərlə paylaşmayın, həmçinin kartınızın şəklini heç kimə göndərməyin. Bank əməkdaşı adından edilən şübhəli zənglərə və mesajlara inanmayın. Unutmayın […]
30.06.2026
Şəhid əməkdaşımız ordenlə təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən döyüş zamanı Şəhid olmuş Azər Türk Bank-ın əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidlərimizin ruhu şad olsun. ATB […]
25.06.2026